"Çox pis vəziyyətdəyik"

08:20 Basketbol 112
"Çox pis vəziyyətdəyik"

"Abşeron Lions"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının XIII turunda NTD üzərində qazanılan qələbəyə (100:93) baxmayaraq, mövsümün ən pis oyununu keçirdiklərini düşünür.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

O, komandanın hazırda çətin vəziyyətdə olduğunu bildirib:

"Çox çətin bir həftə keçdi. Bu oyunu uduza da bilərdik. Çox pis vəziyyətdəyik. Səbəbi isə zədə və digər səbəblərdi. Arinze Çidom və Saadettin Donat zədə səbəbindən komanda ilə bərabər məşq etməyiblər. Gediminas Orelikin isə ailəsi ilə bağlı sağlamlıq problemləri var idi. Rəsul Məmmədzadə zəhərlənmişdi. Lamar onsuz da yeni qoşulub sıralarımıza. Gənclər də daxil olmaqla cəmi 7-8 oyunçu ilə məşq edə bildik. Ona görə bu həftə etdiyimiz məşqlər heç də oyuna hazırlıq kimi alınmamışdı. Oyunda da bu özünü göstərdi. Mövsümün ən pis oyununu oynadıq. Növbəti oyuna ən hazır durumda olmağa çalışacağıq".

"Abşeron Lions" - "NTD" matçı 100:93 hesabı ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi