"Yerlilər legionerlərdən geri qalmadılar" - Ölkəmizdə çalışan əcnəbi

03:20 Basketbol 67
"Yerlilər legionerlərdən geri qalmadılar" - Ölkəmizdə çalışan əcnəbi

"Sabah"ın baş məşqçisi Rimas Kurtinaitis yerli basketbolçulardan razıdır.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

O, Azərbaycan Basketbol Liqasının XIII turunda "Şəki" üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb:

"Bəlkə hesab arasındakı fərqə görə oyunçular bəzi epizodlarda daha rahat oynayırdı. Bu isə bəzən səhvlərə səbəb olur.

Artıq ikinci oyundur son periodda 5 yerli basketbolçu ilə çıxış edirik.

Bu dəfə daha çox şans qazandılar və deyərdim ki, oyun baxımından legionerlərdən geri qalmadılar. Hazırlıqlarımız plana uyğun davam edir".

"Sabah" - "Şəki" matçı Bakı klubunun 112:65 hesablı qələbəsi ilə nəticələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi