Final seriyasının təqvimi - Azərbaycan Basketbol Liqasında

17 May 2023 21:40 Basketbol 369
Final seriyasının təqvimi - Azərbaycan Basketbol Liqasında

Azərbaycan Basketbol Liqasının final seriyasında oyunların vaxtı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "Sabah" və "Gəncə" arasındakı ilk qarşılaşma mayın 20-də "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.

Final seriyasının 2-ci görüşü mayın 22-də, 3-cü matçı isə mayın 24-də eyni arenada gerçəkləşəcək.

Reqlamentə əsasən super seriyada ən tez üç qələbə qazanmış kollektiv Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Bundan əlavə, mayın 19-da NTD və "AAAF Xırdalan" komandaları arasında bir oyundan ibarət 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Bütün matçlar saat 19:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti