Dedim, bəlkə Elxan Məmmədovu parkda qaçan görə bildim…

28 Mart 2020 22:00 Azərbaycan Futbolu 559
Dedim, bəlkə Elxan Məmmədovu parkda qaçan görə bildim…

Futbol mövsümü yarımçıq qalıb, futbolçular fərdi məşqlər edirlər.

Redaksiya tapşırığı aldım.

Səhərlər Milli parkda qaçan futbolçular olmamış olmaz. Yerlilər olmasa da legionerlər mütləq olar. Yaşadıqları "Port Baku" da iki addımlıqdadı, bəlkə Elxan Məmmədovu da parkda qaçan görə bildim. Bu fikirlə səhər tezdən üz tutdum dəniz kənarına.

Uzaqda qaçan 2 nəfəri gördükdə, sevindim, dedim yəqin əzəli rəqiblər "Qarabağ", "Neftçi"nin əcnəbiləridi. Yaxınlaşanda, U-70-n üzvləri çıxdı. Kor-peşiman geri qayıdırdım, bir yaşlı ağsaqqalın skamyada oturduğunu gördüm.

Yaxınlaşıb ədəb-ərkanla salam verdikdən sonra soruşdum, bulvarda cavanlardan qaçan görməmisiz?
-Qədeş, türmədən qəçiblər, polis-zadsan?
-Yox, ağsaqqal, jurnalistəm. Futbolçuları axtarıram.
-Ala, bura stadiondü? İmkən vər nəfəsimizi ələq, tər-təmüz meynəli həvədü, bir də ələ düşməz. Futbol aaa... Futbol vəxtidüü?
- Ağsaqqal, neçə yaşınız var?
- Hekimsən ala?
-Yox, yaşlılara çölə çıxmaq qadağandı, ona görə soruşdum.
-Alə, bərü bax qərdeşüm nə əğsəqqəl, əğsəqqəl bəşləmisən, sənin o futbolçularına dərs keçərəm. Neyləməliyəm alə, sənün o Elxanun kimi bəğdə top çiləməliyəm?
Yaxçü yədimə düşdü. Nə vərmisüz bu Elxənə ala bilmürsüz?
- Day-day, bizlik nə var ki?
- Alə, mən bobayam, day-day dögüləm. Qulaq as, ötürmüşdüm həyötdə, növəm dedü, boba, gəl səə istəqrəm açım. Dedim, köpolu, nə qrəm, ato yandırram, yəxin dursan qrəmə. Öndə gəl tvitterə. Dedim, alə, bəxmərəm nübar nüvəmsən, urusyeti 100 kərə fırlənıb gəldüm, twitter nə öldüyünü bilmədüm. Nə gijdiirsən? Qəyidəsənkü feysbükdü-nədü, o olsun. Nüvə bobasınundu, əl çəkən doğül. Hələ cüvəlləğu deyir, gəl sənə pofil-nədü ondan açım. Alə, profili içərü düşəndə çəkürlər, nə profilbazduğdu. Qədeş, bəşünü əğrütmürəm?
-Başım onsuz ağrıyacaq, heç kimi tapa bilmədim.
-Ala, mən adam dögürəm? Qulagin məndə olsun. Nüvəmnən girdük feyzibada.
-Hə, feysbuka.
-Alə, hərü də, səsümü kəsməginən. Girməmiş oleydim.
-Niyə?
- Nə noş alə. Əğzüzdən gələni yəzürsüz.
- Biz yazmırıq, feysbukdu, 2 milyard adam var.
- Elə onu degirəm. Hərə bəxtim, Elxən istefə, əffə istefə. Bu nədü alə.
- Futbol yoxdu da, ağsaqqal.
-Nöş yoxdu, ala. Həyətündə yaxçu top çiləyürdü, biri də vardü, rialdü nədü, mən ölüm, o bomba çiləyürdü.
-Hə, Riad Rəfiyevi deyirsiz.
-Obşim, oynasunlar da.
-Ağsaqqal, top çiləməklə futbol olmur axı.
-Alə məynənsən? Biz futbol görmüşük e ala. Kəzbek də cənciyəridü. Ədü şirin gəlürdü. Kəzbekliyə-kəzbekliyə Kəzbekin qollərünə bəxirdük. Bəniş də pis dögüldü.
-Ağsaqqal, Banişevski dahi idi.
-Qələtü elə ala. Bəxmərəm yəzənsən, Bəniş kişüydü. İndi belələrü azdu.
-Ağsaqqal, indi niyə Banişevski kimi oynayanlar yoxdu?
-İmkən vərürsüz ki?
-Biz?
-Yox, bobayla, nüvəm. Alə, feyziyabda ələ Elxəndü, Ülxəndü. İmkən vərün işləsün də. Dolüşmüsüz Bəküyə.
-Ağsaqqal, deyilənə görə Elxan Məmmədov Şəkilidi.
-Şəkilü mojnadü. Yəxçü səslənür Şəkülü, Bəkülü.
-13 ildi AFFA-dadı.
- Bögüsünlər də, 13 yaş yaşdü bəgəm.
- 200 min futbolçu var qeydiyyatda.
- Alə uzağda nöş dürmüsən? Zapadlo-zaddu?
- Koronavirusdu, ehtiyatı qorumaq lazımdı.
- Ala, qərənəvirüsü yaxçü yadıma saldun. O nədü ala yazursüz. Elxən pul vərməlidü. Cənləri çıxsun xəstələnməsünlər.
- Bəs top çiləyib evdə qal deyir axı.
- Ala top çiləməgi indüdü bəgəm? Çiləməgi bacarurda atam-qərdəşüm. Gör nəğəttə çiləyən ğayırıb. Həmisü çiləyür.
- Ağsaqqal, AFFA-dakı ağsaqqalar da tərifləyir onu.
- Əğsəqqəl sözü qənündü. Uşəğdü hələ, 13 il nədükü? İmkən vərün işləsün. Camaatun pılunu saymayun.
- Ağsaqqal, elə dövlətin, xalqın puludu.
- Ala nə düdüm bəs, camaatundu, səy nə var?
- Futbol nə vaxt düzələcək, ağsaqqal?
- Mən nə bilim ala, ged Elxəndən soruş. Voopşe uzağ dur, virus-zad düşər.
- Qərənəvirusla futbol virusları qərişib. Ehtiyat igidün yərəşiğidu. İmkan vər meynəli tərtəmiz həvəmi udum.
- Allah can sağlığı versin, ağsaqqal.
- Qədeş, səğləm olməg istəyirsən? Futboldan kənər dür, virusa yoluxarsan.

MİSTER X

Xəbər Lenti