COP29

“Neftçi”nin sabiq hücumçusu: “Belə eləsəm, sağalmağım mümkün deyil“

4 May 02:10 Azərbaycan Futbolu 639
“Neftçi”nin sabiq hücumçusu: “Belə eləsəm, sağalmağım mümkün deyil“

"Mayın 9-na qədər fizioterapiya davam edəcək".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında bir müddət əvvəl insult keçirən Azərbaycan millisinin keçmiş futbolçusu Vadim Vasilyev deyib.

51 yaşlı hücumçu “Liv Bona Dea”da müalicəni davam etdirir:

“Hər gün fizioterapiyaya gedirəm. Səhər 11:00-da xəstəxanaya yollanıram, müalicə 1-2 saat çəkir.

Müxtəlif hərəkətləri təkrarlayıram. Evə qayıtdıqdan sonra da fizioterapiyanı davam etdirirəm. Əks halda sağalmağım mümkün deyil”.

Veteran futbolçu səhhətində yaxşıya doğru irəliləyişlər olduğunu bilirib:

“Müalicəyə başladıqdan sonra səhhətimdə irəliləyişlər hiss edirəm. Çox fərq var”.

Vasilyev “Neftçi” azarkeşlərinin və futbol adamlarının onunla maraqlandıqlarını söyləyib:

“Neftçi”nin azarkeşləri dəstək üçün gəlmişdilər. Maraqlanırlar, zəng vururlar. Bildiyiniz kimi, müalicəmi Heydər Əliyev Fondu öz üzərinə götürüb”.

Azərbaycan yığmasının sabiq üzvü müalicənin nə vaxta qədər davam edəcəyi ilə bağlı sualı cavablandırıb:

“Mayın 9-na qədər fizioterapiya davam edəcək. Daha sonra həkimlərin qərarına uyğun addımlar atacağam”.

Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti