Azərbaycanda futboldan sonra ermənilərlə iğtişaş necə baş vermişdi? - VİDEO

25 Aprel 09:40 Azərbaycan Futbolu 807
Azərbaycanda futboldan sonra ermənilərlə iğtişaş necə baş vermişdi? - VİDEO

«İctimai» kanalda efirə gedən “XX yüzillik. Faktlar, hadisələr və insanlar” verlişində maraqlı fakt açıqlanıb.

Burada 1959-cu ilin oktyabr ayında yaşanan hadisədən danışılıb.

Həmin vaxt Kirovabad adlandırılan Gəncəni təmsil edən «Tekstilşik»lə Leninakan «Şirak»ı arasında keçirilən matçdan sonra qalmaqal baş verib.

Yerli kollektiv ilk hissədə hesabda 1:0 önə çıxıb. Fasilədən az sonra baş hakim ermənilərin xeyrinə penalti təyin eləyib.

Fürsəti dəyərləndirən ikincilər sonrakı dəqiqələrdə daha 2 qol vuraraq, 3:1 hesablı qələbə qazanıb. Final fitinin ardınca stadionda ara qarışıb.

Arenaya yacın binalardan ora yaş əşyalar atılıb. Yaxınlıqda yerləşən dükan və bazarın şüşələri qırılıb.

İğtişaş Gəncə çayının ətrafında özünün kulminasiya nöqtəsinə çatıb. İki qrup arasında kütləvi dava düşür, nəticədə 18 nəfər müxtəlif bədən dərəcəli xəsarətlər alır.

Bütün bu hadisələr nəyin üstündə olur? Elə isə gəlin, birlikdə bu videonu izləyək:

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti