İtaliya klubunun istədiyi azərbaycanlı istedadla bağlı QƏRAR VERİLDİ

İtaliya klubunun istədiyi azərbaycanlı istedadla bağlı QƏRAR VERİLDİ

“Baku Sportinq” Birinci Liqanın 20-ci turunda “Səbail”lə baş tutacaq oyunun hazırlıqlarını davam etdirir.

Baş məşqçi Röyal Nəcəfov Bayıl təmsilçisi ilə görüş öncəsi maraqlı addımla yadda qalıb.

Gənc mütəxssis klubun U-14 komandasının istedadlı futbolçusu Rüfət Həsənovu əsas komandanın məşqlərinə cəlb edib.

AFFA U-14 Liqasının Bakı zonasından pley-off mərhələsinə çıxmaq uğrunda mübarizə aparan “Baku Sportinq”in aparıcı yarımmüdafiəçisinin aktivində bu mövsüm 22 qol, 10 assist var.

Ardıcıl 2 mövsümdü AFFA uşaq liqalarında bombardir olan vunderkind təkcə əsas komandanın məşqçilər korpusunun diqqət mərkəzində deyil.

Onun xidmətində İtaliyanın "Sassuolo" klubu başda olmaqla bir neçə Avropa təmsilçisi maraqlıdır.

İtaliyanlarla müəyyən ilkin danışıqlar da baş tutub.

Amma sənəd problemi ilə bağlı hələki Rüfətin Avropaya üz tutması gecikir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti