Futbolçular bölməyə aparıldı - "Qarabağ"ın oyununda QALMAQAL!

Futbolçular bölməyə aparıldı - "Qarabağ"ın oyununda QALMAQAL!

Əvəzedici Liqanın 21-ci turunun "Qarabağ-2" - "Sabah-2" görüşündə insident yaşanıb.

1:3 məğlub olan "Sabah"ın futbolçuları Binə qəsəbə stadionunun paltardəyişmə otağının şüşələrini qırıb.

Əsəblər o qədər tarıma çəkilib ki, məsələyə polis müdaxilə etməli olub.

Hətta "tələbələr"in iki üzvü polis bölməsinə aparılıb.

Daha əvvəl məlum verdiyimiz kimi, matçın gedişində isə Ağdam klubunun baş məşqçisi Maksim Medvedev futbolçuları meydandan çıxarıb.

Çalışdırıcı bu addımı baş hakim Pərviz İbrahimovun qərarlarına etiraz olaraq atıb.

Hadisələr 8-ci dəqiqədə "Sabah"ın bərabərlik qolu zamanı alovlanıb.

Hücumun əvvəlində yan xətt hakimi oyundan kənar vəziyyətə görə bayrağını qaldırıb, ardınca referi fitini səsləndirib, amma fitdən sonra vurulan qol qeydə alınıb.

Davamında bir neçə dəfə hakimlər briqadası "Qarabağ"ın əleyhinə qərarlar verib.

Kulminasiya nöqtəsi 43-cü dəqiqədə Sami Mmaenin qırmızı vərəqə ilə meydandan qovulması olub.

Məhz bundan sonra Maksim Medvedev sərt qırar verib, futbolçular meydanı tərk edib.

Oyunda uzun fasilə yaranıb.

Rəsmilər çətinliklə Medvedevi qərarından daşındırıb və oyun davam etdirilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti