"Karvan-Yevlax" uğursuz mövsüm keçirməklə yadda qaldı.
Amma rəhbərliyin infrastrukturla bağlı gözəl addımları davam edir.
Əsas meydançanı təmirindən, yataqxananın tikintisindən sonra klub ehtiyat meydançada işlərə start verib.
Artıq əraziyə texnika cəlb olunub, aktiv yenidənqurma başlayıb.
Yenilənən ehtiyat meydança rəsmi oyunları da qəbul etmək tələblərini qarşılayacaq.
Belə ki, meydança təbii örtük olacaq.
Ətrafında 1500-2000 nəfərlik tutumu olan tribunalar inşa olunacaq.
Tribunaların altında isə inzibati və paltardəyişmə otaqları salınacaq.
XANOĞLAN / SPORTİNFO.AZ


