
Minifutbol üzrə ölkə çempionatında “play off” a yüksələn səkkiz komanda müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 17-ci turda qeydə alınan nəticələrdən sonra turnir cədvəlinin ilk səkkizliyində qərarlaşan komandalar mübarizəni davam etdirirlər.
Yarışın ilk mərhələsini lider kimi tamamlayan “Zirə” “Veteran” la qarşılaşacaq.
“Birbaşa”Bakı 7-ci yerin sahibi Şuşanın “Qalaksi” kollektivi ilə görüşəcək. Digər iki oyun isə “Odlar Yurdu” - “Qarabağ” və “Bakı” və “Real” (Bakı) qarşılaşmalarıdır.
1/4 final görüşləri iki oyundan ibarətdir. Oyunlar aprelin 4-də Bakı Tennis Akademiyasında keçiriləcək.