Azərbaycan millisinin oyunçuları bu ada layiq görüldü

17 Mart 2023 09:20 Azərbaycan Futbolu 358
Azərbaycan millisinin oyunçuları bu ada layiq görüldü

Minifutbol üzrə Azərbaycan millisinin üzvləri fəxri ada layiq görülüblər.

Sportinfo.az xəbər verir ki, bununla bağlı qərar Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclasında qəbul olunub.

Kollegiya qərarı ilə Ramil Həsənzadə, Davud Kərimi, Bəxtiyar Soltanov, Seymur Məmmədov, Mirmehdi Rzayev, Rəvan Kərimov, Tanrıverdi Məhərrəmli, Vüsal İsayev, Samir Həmzəyev, Təmraz Əmircanov, Elvin Əlizadə, Vitali Borisov, Taleh Babayev, Tural Nərimanov və Asif Zeynalova "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı verilib.

Digər Xəbərlər
Xəbər Lenti