AFFA doğrudanmı milliyə bu qədər pul xərcləyib? – Dodaq uçuran rəqəmlər…

10 Mart 2023 03:00 Azərbaycan Futbolu 592
AFFA doğrudanmı milliyə bu qədər pul xərcləyib? – Dodaq uçuran rəqəmlər…

AFFA-nın 2022-ci ildəki xərcləri və gəlirləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ötən il AFFA-nın gəlirləri 33 394 797 manat, xərclər isə 26 624 664 manat təşkil edib.

Gəlirlərin 14 500 000 manatı SOCAR, 6 737 866 manatı UEFA-dan, 6 611 620 manatı yayımdan, 3 485 704 manatı FIFA-dan, 1 180 000 manatı “Vidal” MMC-dən, 28 350 manatı UNICEF-dən, 118 000 manatı “Bakcell”dən, 47 200 manatı “Procter and Gamble”dən, 100 000 manatı “Asia Motors”dan, 585 957 manatı isə digər mənbələrdən daxil olub.

Xərclərin 14 048 354 manatı milli komandalara, 3 528 285 manatı əmək haqqı və ezamiyyə xərclərinə, 1 926 880 manatı yarışlara, 2 253 517 manatı hakimlər və hakim-inspektorlara, 655 143 manatı təsərrüfat xərclərinə, 526 433 manatı oyunların təşkilinə, 207 619 manatı aviabilet və otel xərclərinə, 396 090 manatı nəqliyyat xərclərinə, 179 940 manatı kommunal və rabitə xərclərinə, 77 978 manatı təhsilə, 153 860 manatı Marketinq və Sponsorluq Departamentinə, 441 252 manatı “Elit Məşq”, 48 160 “Futbol dərsi” layihəsinə, 96 623 manatı COVİD-19 pandemiyasının təsiri ilə əlaqədar, 1 697 727 manatı VAR layihəsinin tətbiq olunmasına, 386 803 manatı isə digər xərclərə ayrılıb.

Həmçinin digər xərclər üçün 6 404 289 min manat ayrılıb.

Xəbər Lenti