UEFA və FIFA-dan AFFA-ya ayrılan vəsait – Hara və nə qədər xərclənib?

7 Mart 2023 13:00 Azərbaycan Futbolu 1 435
UEFA və FIFA-dan AFFA-ya ayrılan vəsait – Hara və nə qədər xərclənib?

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaqdan ötrü UEFA-nın “Hat-Trick” Həmrəylik proqramları çərçivəsində 2021/2022 və 2022/2023 mövsümləri üçün AFFA-ya ümumilikdə 6 737 866 manat maliyyə vəsaiti ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu məbləğ müxtəlif yaş qrupları üzrə milli komandaların, liqaların, grassroots proqramlarının, hakimlik, məşqçilik, infrastruktur və digər sahələrin standartlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Vəsaitin 1 206 870 manatı 2021/2022 mövsümü, 3 456 878 manatı isə 2022/2023 mövsümü üçün milli assosiasiyanın hesabına köçürülüb.

“Hat-Trick 5” layihəsi çərçivəsində infrastruktur sahəsi üçün ayrılan 1 152 557 manat Gəncədə Məşq Mərkəzi və Futbol Akademiyasınn inşaasına yönəldilib.

Həmçinin, UEFA Millətlər Liqasındakı iştiraka görə də 2 074 118 manat gəlir əldə olunub.

Bundan başqa, ötən il FİFA-nın “Forward” proqramı ilə AFFA-nın büdcəsinə 3 485 804 manat vəsait daxil olub.

Vəsaitin 1 790 610 manatı əməliyyat xərcləri üzrə, 850 000 manatı COVID-19 pandemiyasına dəstək proqramı çərçivəsində qadın futbolu üçün, 845 194 manatı isə “Forward” proqramı çərçivəsində VAR layihəsinin tətbiq olunması üçün ödənilib.

“Forward” proqramı ilə 440 600 manat maliyyə vəsaiti Tovuz Futbol Məşq Mərkəzinin saxlanılması istiqamətində xərclənib.

Digər Xəbərlər
Xəbər Lenti