
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk görüşlərinin oyun cədvəli açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu raundun görüşləri iki günü əhatə edəcək.
Qarşılaşmalar "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
18 aprel (çərşənbə axşamı)
18:00. "Qəbələ" - "Səbail"
Qəbələ şəhər stadionu.
19 aprel (çərşənbə)
16:00. "Turan Tovuz" - "Neftçi"
Tovuz şəhər stadionu.