“Neftçi” futbolçusunu Avropa klubuna icarəyə verir

4 Mart 2023 16:40 Azərbaycan Futbolu 3 860
“Neftçi” futbolçusunu Avropa klubuna icarəyə verir

“Dauqavpils” azərbaycanlı futbolçuları Latviyaya dəvət edib.

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin yetirməsi Ramin Nəsirli ilə “Turan Tovuz”un üzvü Nazim Həsənzadə sözügedən klubla müqavilə bağlamaq üçün Avropaya yola düşüb.

Latışlar yaxın günlərdə həmyerlilərimizlə müqavilə bağlayacaq.

Ötən mövsüm “Neftçi”nin əsas komandasına cəlb olunan, hətta Premyer Liqada qol hesabını açmağa imkan tapan Nəsirli cari mövsümdə Laurentsiu Regekampfın etimadını qazana bilmədiyindən, çıxış yolunu legioner həyatı yaşamaqda görüb.

“Ağ-qaralar” onun “Dauqavpils”də icarə əsasında oynamasına şərait yaradacaq.

Nazimə gəlincə, Ayxan Abbasovun mövsümün əvvəlində əsas komandaya dəvət etdiyi dayaq yarımmüdafiəçisi əsasən əvəzedici komandadakı çıxışı ilə yadda qalırdı.

2002 doğumlu Həsənzadə də legioner həyatı yaşamaq həvəsinə düşdüyündən, “Dauqavplis”lə 1 illik müqaviləyə imza atacaq.

Maraq üçün bildirək ki, ötən ilin əvvəlində “Neftçi”nin yetirməsi Asim Əlizadə də “Dauqavplis”lə müqavilə bağlamış, yayda Azərbaycana qayıdıb “Şamaxı” ilə anlaşmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti