PFl niyə “Neftçi”yə üstünlük verdi? - “Ola bilər ki, gələn mövsüm...”

1 Mart 2023 21:00 Azərbaycan Futbolu 1 612
PFl niyə “Neftçi”yə üstünlük verdi? - “Ola bilər ki, gələn mövsüm...”

Azərbaycan kubokunun 2022/23 mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib.

Peşəkar Futbol Liqasının qərarına əsasən, oyun 8-ci km stadionunda baş tutacaq.

Ölkə kubokunun həlledici qarşılaşması öncədən elan olunduğu kimi, iyun ayının 3-də keçiriləcək.

Niyə məhz “Neftçi”nin stadionu? Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev Sportinfo.az-a açıqlamasında deyib:

“Öncə onu qeyd edək ki, bu stadion məsafə, azarkeş tutumu, çəkiliş, bir sözlə texniki durum baxımından ən öndə gedənlərdəndir.

Təsadüfi deyil ki, burada milli komandanın rəsmi oyunları, klublarımızın avrokubok matçları keçirilib. Həm də “Bakcell Arena”da ölkə kubokunun final matçı ilk dəfə baş tutacaq.

Sumqayıt, Masazır və Gəncə stadionları da gözəldir. “Bank Respublika Arena” həlledici oyuna bir dəfə ev sahibliyi edib.

O ki qaldı Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionuna, bu arenanın yenidən qurulması çox sevindirici haldır.

Amma stadion hələ qəbul edilməyib və orada hər hansı bir matç keçirilməyib. Yəni test olunmayıb.

Ola bilər ki, gələn mövsüm hər şey qaydasında olarsa, bu məkan da namizədlər sırasında olsun”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"