
AFFA Tərtər şəhər stadionunun yenidən qurulması ilə bağlı AFFA tender elan edib.
Sportinfo.az qurumun saytına istinadən xəbər verir ki, tenderin müddəti martın 27-də saat 17:00-a qədərdir. İşə başlama vaxtı aprelin 5-i, təhvil verilmə isə ondan bir il sonraya nəzərdə tutulub.
İştirak etmək istəyənlər qiymət təklifi və “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini", eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilərlər.
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlamaq mümkündür.