“Qarabağ” dayandı, Azərbaycan futbolu nədən məhrum oldu?

24 Fevral 2023 10:40 Azərbaycan Futbolu 735
“Qarabağ” dayandı, Azərbaycan futbolu nədən məhrum oldu?

Azərbaycanın UEFA reytinqində 2022/2023 mövsümünü hansı pillədə başa vuracağı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, avrokuboklardakı son təmsilçi “Qarabağ”ın mübarizəni dayandırması bunda həlledici olub.

Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikada “Gent”ə məğlub olması xal ehtiyatını artırmağa mane olub.

Nəticədə Azərbaycan UEFA reytinqində mövsümü 4,000 xalla, ümumilikdə isə 16,625 xalla 29-cu pillədə yekunlaşdırıb.

Reytinqdə aşağı pillələrdə qərarlaşan ölkələrdən yalnız Moldovanın bir klubu “Şerif” avrokuboklarda çıxışını davam etdirir. Ancaq bu da 32-ci yerdə qərarlaşan moldovalıların (12,250 xal) Azərbaycanı qabaqlaması üçün kifayət etməyəcək.

UEFA reytinqinə 103,855 xalla İngiltərə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”