"Səmimi olmaq lazımdısa, heç kimi aşkar favorit görmürəm"

4 Dekabr 2019 00:28 AÇ-2020 695
"Səmimi olmaq lazımdısa, heç kimi aşkar favorit görmürəm"

"Maraqlı qrupa düşmüşük. Ümid edirəm ki, ilkin məqsəd olan növbəti mərhələyə vəsiqə qazana bilərik". Sportinfo.az xəbər verir ki, bunu İsveçrə yığmasının vitse-kapitanı Qranit Caka deyib.

27 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında AVRO-2020-nin püşkatmasını dəyərləndirib. A qrupuna düşən İsveçrə Bakı və Romada keçiriləcək qarşılaşmalarda İtaliya, Türkiyə və Uelslə üz-üzə gələcək.

Caka münasib qrupa düşdüklərini düşünür. O, baş məşqçisi Vladimir Petkoviçdən fərqli, İtaliyanı qrupun favoriti qismində görmür: "Səmimi olmaq lazımdısa, bu qrupda heç kimi aşkar favorit görmürəm.

Ancaq 2016-cı ildəki Avropa çempionatı ilə müqayisədə indi daha güclü qrupa düşdüyümüzü fikirləşirəm. Bakıdakı açılış matçında Uels üzərində qələbə qazanıb, uğurlu başlanğıc etmək istəyirik".

Isveçrəlilər iyunun 13-də Uels, 17-də İtaliya, 21-də isə Türkiyə ilə qarşılaşacaq. Komanda qrupda birinci və sonuncu görüşünü Bakı Olimpiya Stadionunda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı