"Qarabağ"ın rəqibi serbiyalı hücumçu ilə 1+1 illik müqavilə bağladı

6 Oktyabr 2020 00:40 Avropa Liqası 1 132
"Qarabağ"ın rəqibi serbiyalı hücumçu ilə 1+1 illik müqavilə bağladı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Makkabi” (İsrail) növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, Təl Əviv təmsilçisi Aleksandr Peşiçi heyətinə qatıb.

Serbiyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. 28 yaşlı oyunçunun son klubu Səudiyyə Ərəbistanının “Əl İttihad”ısı olub.

“Qarabağ” Avropa Liqasının İ qrupunda “Makkabi” ilə yanaşı, İspaniyanın “Vilyarreal” və Türkiyənin “Sivasspor” klubları ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı