Emerinin "Arsenal"dan qovulmasının Bakı ilə nə əlaqəsi?

30 Dekabr 2019 12:10 Avropa Liqası 1 482
Emerinin "Arsenal"dan qovulmasının Bakı ilə nə əlaqəsi?

Ötən ay "Arsenal"dan istefaya göndərilən Unay Emeri goal.com saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı ispan mütəxəssis London klubunda uzun müddət duruş gətirə bilməməsini mövsümə yaxşı start vermədikləri ilə əlaqələndirib, uğursuzluğun mayda Bakıda təşkil olunmuş Avropa Liqasının finalından başlandığını qeyd edib.

Emerinin fikrincə, Bakı Olimpiya Stadionunda "Çelsi"yə 1:4 hesabı ilə uduzduqları final qarşılaşmasından sonra yeni mövsümə tam toparlanmağa çətinlik çəkməsələr də, məğlubiyyət təsirsiz ötüşməyib:

"Ötən mövsüm əsas gücümüzü Avroliqaya ayırmağımız sonda Premyer Liqadan Çempionlar Liqasına vəsiqə qazana bilməməyimizlə nəticələndi. Bakıda keçirilmiş finalda "Çelsi"yə məğlubiyyətimiz isə cari mövsümə var gücümüzlə start verməyimizə mənfi təsir göstərdi. Əslində Premyer Liqaya bu mövsüm pis başlamamışdıq. Sadəcə, irəliləyən turlardakı qeyri-stabillik ötən mövsümdən qalan psixoloji zərbədən yaranmışdı".

Digər Xəbərlər
Xəbər Lenti