"Sevilya"nın hücumçusu Avroliqada həftənin adamı seçildi

9 Noyabr 2019 00:00 Avropa Liqası 479
"Sevilya"nın hücumçusu Avroliqada həftənin adamı seçildi

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Sportinfo.az xəbər verir ki,bu ada "Qarabağ"la eyni qrupda yer alan İspaniya "Sevilya"sının futbolçusu Munir Əl-Haddadi layiq görülüb. Mərakeş əsilli ispaniyalı hücumçu IV turda Lüksemburqda "Düdelanj"ı məğlub etdikləri matçda het-trik edib.

24 yaşlı forvard azarkeşlər arasında aparılan səsvermədə ingiltərəli Markus Raşford (“Mançester Yunayted”, İngiltərə), fransalı Entso Krivelli (“Başakşehir”, Türkiyə) və ispaniyalı Esteban Qraneronu (“Espanyol”, İspaniya) qabaqlayıb.

"Düdelanj"la oyunda "Sevilya" 5:2 hesabı ilə qalib gəlib və 1/16 final mərhələsinə vəsiqəni təmin edib. A qrupunun digər matçında "Qarabağ" Kiprdə APOEL-ə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti