COP29

Türkiyə - Portuqaliya matçı ilə bağlı araşdırmaya başlandı

24 İyun 00:10 Araşdırma 560
Türkiyə - Portuqaliya matçı ilə bağlı araşdırmaya başlandı

UEFA AÇ-2024-ün 2-ci turunda ötən gün keçirilən Türkiyə - Portuqaliya matçı (0:3) ilə bağlı araşdırmaya başlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, matçda təhlükəsizliyin yaxşı təmin olunmaması UEFA-nın hərəkətə keçməsinə səbəb olub.

Məsələ burasındadır ki, matç zamanı və oyundan sonra 6 nəfər Portuqaliya millisinin lideri Kriştiano Ronaldo ilə şəkil çəkdirmək üçün meydana daxil ola bilib.

39 yaşlı hücumçu ikinci hissədə meydana daxil olan azyaşlı azarkeşi incitməyib və onunla şəkil çəkdirib. Lakin matçın final fitindən əvvəl daha üç azarkeş meydana daxil olduqda Ronaldo əsəbiləşib.

Bundan əlavə, matçın sonunda təhlükəsizlik dəhlizini yarıb keçən daha iki azarkeş ulduz futbolçuya çata bilib.

Oyundan sonra Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez də təhlükəsizliklə bağlı narahatlığını bildirib:

“Bu, narahatedici məqamdır. Çünki bu gün azarkeşlərin niyyəti yaxşı idi, amma sabah fərqli davransalar, futbolçular təhlükəyə atılmış olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu