Ağrı-acılı açıqlama: “Müharibə başlayandan bəri...”

2 İyun 2022 19:30 Araşdırma 521
Ağrı-acılı açıqlama: “Müharibə başlayandan bəri...”

Rusiya müharibə başlayandan bəri uşaq evləri və ailələrindən ayrılanlar da daxil olmaqla, 200 min ukraynalı uşağı zorla oğurlayıb.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“98 günlük Rusiya işğalı zamanı işğalçıların hücumları nəticəsində 689 uşaq yaralanıb. Bunlar yalnız bildiyimizdir. Hələlik işğal olunmuş bölgələrdən bütün məlumatlara malik deyilik. Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, ölkədən çıxarılanlara Ukraynanı unutdurmaq və onların geri qayıtmasının qarşısını almaqdır”, - prezident bildirib.

Zelenski qeyd edib ki, Ukraynadakı müharibə indiyədək 243 uşağın ölümü, 446-nın yaralanması və 139-nun itkin düşməsi ilə nəticələnib./Teleqraf.com

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti