"Dayım məni daha çox "Mançester Yunayted"in hücumçusuna bənzədir"

31 May 2022 14:00 Araşdırma 863
"Dayım məni daha çox "Mançester Yunayted"in hücumçusuna bənzədir"

"Neymara bənzədiyimi mənə indiyədək az adam deməyib".

Bu sözləri Sportinfo.az-a açıqlamasında braziliyalı məşhur futbolçunun azərbaycanlı oxşarı Allahverdi Mehmanov deyib.

Braziliya mətbuatı ötən il Neymarla bağlı araşdırma aparıb və müəyyən edib ki, yer üzündə görünüşcə ona bənzəyən cəmi 3 şəxs var.

Allahverdi Mehmanovun 17 yaşı var, Şəmkir rayonundandır. Bakıda yaşayır və arzusu tezliklə universitet tələbəsi olmaqdır.

Onu görənlər bəzən PSJ-nin braziliyalı hücumçusuna rast gəldiklərini deyir. Əgər Neymarın bir gün Bakıya yolu düşsə və Allahverdi ilə üz-üzə gəlsə, özü də bu oxşarlığa heyrət edər.

Elə bil, bir almadır, yarı bölmüsən… Siam əkizləri kimi. Bənzərlikləri bu qədər çoxdur yəni.

Onu dinləyək: "Neymarın adını çox eşitsəm də, açığı, futbolla yaxından maraqlanmıram. Elxan dayım məni daha çox "Mançester Yunayted"in hücumçusu Reşforda bənzədir.

Futbolçu olmaq heç vaxt ağlımdan keçməyib. İdmanın digər növlərinə daha çox həvəs göstərmişəm. Xüsusən də əlbəyaxa idman növlərinə.

Cüdo, boks, güləş və kikboksla məşğul olmuşam. İndi isə dərslərimə daha çox vaxt ayırıram. Məqsədim ali təhsil almaq, universitet həyatı yaşamaqdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti