Gəncədə AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə uşaqların iştirakı ilə futbol festivalı keçirilib.
Sportinfo.az xəbər verir ki, komandalar əylənərək futbol oynayıb, vaxtlarını maraqlı, səmərəli keçiriblər. Festivala şəhid və qazi ailələrinin övladları da qatılıblar.
Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, "Kəpəz"in icraçı direktoru İlqar Nadiri, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

