3 nəfərə 240 min manat "atan" sabiq vitse-prezident həbs edildi

25 May 2022 13:40 Araşdırma 1 740
3 nəfərə 240 min manat "atan" sabiq vitse-prezident həbs edildi

Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəb həbs edilib.

Sportinfo.az xəbər verir ki, o, 3 nəfərə qarşı ümumilikdə 240 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinir.

Belə ki, Səbuhi Rəcəb avtomobil alqı-satqısı ilə bağlı G. Əliyevadan 40 min, S.Əliyevadan 51 min manat alaraq qaytarmayıb. Onun əsas dələduzluq əməli Səhiyyə Nazirliyinin Həkimlərin Təkmilləşmə İnstitutun kafedra müdiri Şahin Əliyevə qarşı olub.

Səbuhi Rəcəb əlaqələrindən istifadə edərək Şahin Əliyevi çalışdığı institutun direktoru vəzifəsinə təyin etdirəcəyini deyib. Bunun qarşılığında kafedra müdirindən 150 min manat alıb.

Səbuhi Rəcəbin əməlləri ilə bağlı istintaq tamamlanıb və iş baxılması üçün Bakı ağır Cinayətlər Məhkəməsinə göndərilib.

S.Rəcəb BDU-nun Hüquq fakultəsini bitirib. Konstitusiya Məhkəməsində işləyib. Eyni zamanda peşəkar idmançı və biznesmen olub. 2015-ci ildə Kikboksinq Federasiyasında vitse-prezident kimi çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti