Qurban Qurbanov oğluna qoyduğu şərti gizlətmədi – MARAQLI ETİRAF

24 May 2022 00:30 Araşdırma 1 578
Qurban Qurbanov oğluna qoyduğu şərti gizlətmədi – MARAQLI ETİRAF

“Mənim uğurlarım oğlum Musa Qurbanlının qarşısını almır".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis gənc hücumçuya bu mövzuda müxtəlif sualların verildiyini söyləyib:

"Mənə də irad bildirirlər ki, oğlu olduğu üçün az şans verir. Elə böyük futbolçu karyeram olmayıb ki, Musaya maneçilik törətsin.

Ona da demişəm ki, məndən daha yaxşı olmağı qarşısına məqsəd qoymalıdır. Bu prinsipi yoxdursa, futbolçu olmağa ehtiyac yoxdur.

Hər bir potensiallı insanın yanında yaxşı şəxsiyyət olmalıdır. Gənc yaşda insanın səhvləri həddindən artıq olur.

Azərbaycanlı futbolçularla bağlı ən böyük narahatlığım da budur. Kimsə hansısa futbolçuya çatmaq istəyir.

Musa məndən bir az yaxşı olacaqsa, bu, güclü futbolçu üçün bəs etmir. Məndəki xarakterin futbolçularımda olmasını istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti