RƏHBƏR ŞƏXS: "Biz yalnız şəxsi xərclər üçün əlimizi cibimizə salmalı olduq"

22 May 2022 20:40 Araşdırma 513
RƏHBƏR ŞƏXS: "Biz yalnız şəxsi xərclər üçün əlimizi cibimizə salmalı olduq"

Bilindiyi kimi, Azərbaycan Futnet və Futvole Federasiyasının nümayəndə heyəti yaxınlarda Braziliyaya işgüzar səfər edib.

Qurumun prezidenti Vüsal Xəlilov, baş katib Əfqan Həmzəyev və mətbuat katibi Araz Əhmədovdan ibarət üçlük Rio de Janeyroda olduğu müddətdə daxili futvole yarışlarını izləməklə yanaşı, ölkənin həm idman, həm də siyasi sahədə kifayət qədər tanınan Romario və Bebeto kimi məşhurlarla görüşmək imkanı qazanıb.

Braziliyaya səfər kifayət qədər baha başa gəlir. 3 nəfərin 1 həftəlik səfərinə nə qədər vəsait xərclənib? Maliyyəni hansı qurum qarşılayıb?

Federasiyanın prezidenti Vüsal Xəlilov Sportinfo.az-ın bu haqda sualını cavablandırıb:

"Bizi Braziliyadakı yoldaşlar dəvət etmişdi deyə, oradakı xərcləri onlar qarşılayırdı. Məskunlaşma, qidalanma, nəqliyyat – sağ olsunlar, hamısı onların üzərində idi.

Biz yalnız şəxsi xərclər üçün əlimizi cibimizə salmalı olurduq. Əsas məsələ biletlə bağlıdır ki, onu da sponsor şirkətin köməkliyi sayəsində həll etdik.

Təbii ki, müəyyən məbləği özüm qarşıladım. Vacib olan Azərbaycan adından orada iştirak etməyimiz və ulduzlara ölkəmizin atributlarını özündə əks etdirən hədiyyələr təqdim etməyimiz idi".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!