O gün üçün hazırlıq görən PFL nəcib addım – Bir avtobus…

19 May 2022 21:20 Araşdırma 968
O gün üçün hazırlıq görən PFL nəcib addım – Bir avtobus…

Mayın 27-də ölkə kubokunun final matçı baş tutacaq.

Çempionluqdan sonra növbəti titulun kimə qismət olacağını “Qarabağ”la “Zirə”nin ifasında baş tutacaq oyunun yekununda biləcəyik.

Görüşün marağını və əhəmiyyətini diqqətdə saxlayan Peşəkar Futbol Liqası növbəti təşkilati addımla bu dəfə qələm əhlini sevindirəcək.

Belə ki, ölkə kubokunun həlledici duelinin geniş miqyasda və hərtəfəli işıqlandırılmasını önəmli hesab edən yarışın təşkilatçı qurumu jurnalistlərin Qəbələyə səfərini təşkil edəcək.

30-a yaxın media orqanının nümayəndələri bölgəyə səfər edərək, finalda yaşanan ən maraqlı və diqqətçəkən məqamları siz oxucualara çatdıracaq.

PFL buna görə jurnalistlərə nəqliyyat təşkil etməyi qərara alıb. Bu barədə məlumatı sözügedən qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev saytımıza açıqlamaslnda təsdiqləyib.

PFL həmin gün azarkeşləri də unutmayacaq. Bayramqabağı stadiona gələcək hər bir azarkeşə ən dəyərli hədiyyə - Azərbaycan bayrağı hədiyyə olunacaq.

Bundan əlavə, komandaların böyük bayraqları və Azərbaycan Kubokunun böyük bayrağı ilə açılış mərasimi nəzərdə tutulub.

Ölkə kubokunun final mərhələsi çərçivəsində “Qarabağ”la “Zirə” arasında keçiriləcək final qarşılaşması mayın 27-də Qəbələ şəhər stadionunda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"