Paşinyanın devrilməsi Azərbaycanın maraqlarına uyğundurmu? - VİDEO

14 May 2022 22:10 Araşdırma 510
Paşinyanın devrilməsi Azərbaycanın maraqlarına uyğundurmu? - VİDEO

Azərbaycan və Ermənistan arasında sülh danışıqları irəlilədikcə, yenə də Ermənistan ictimaiyyəti ortaq razılaşmaların müəyyən bəndlərinin yerinə yetirilməsinə etiraz olaraq İrəvan küçələrinə çıxıb, baş nazir Nikol Paşinyana etirazlarını səsləndirirlər.

Heç kimə sirr deyil ki, bu aksiyalar Serj Sərkisyanın, Robert Köçəryanın başında durduğu Qarabağ klanı tərəfindən idarə olunur.

Qarabağ klanı sülh danışıqlarında Azərbaycanın tələblərinin yerinə yetirilməsində hökumətin qarşısını kəsən əsas daxili qüvvədir və onların zaman-zaman Rusiyadan və Qərbdən təlimat aldığı da bəllidir.

Son aksiyaların əhatə dairəsi daha böyük olduğundan hətta Paşinyanın devrilməsi ehtimalları da gündəmdədir.

Doğrudur, Azərbaycanın hərbi qüdrəti Ermənistan hakimiyyətində kimin olmasından asılı olmayaraq onlara qalib gəlməyə qadirdir.

Bəs Paşinyanın indiki halda devrilməsi Azərbaycana siyasi baxımdan sərf edirmi? Onun yerinə gətiriləcək hökumət rəhbəri ilə danışıqlar qaldığı mərhələdən davam edə bilərmi, yoxsa münasibətlər daha da gərginləşər və başa qayıtmış olarıq?

Digər Xəbərlər
Xəbər Lenti