AFFA-nın yeni baş katibi Sərxan Hacıyev hakimliyə necə başlamasından danışıb.
Sportinfo.az xəbər verir ki, o, deyib:
“Futbolla maraqlanırdım. Universitet illərim idi. Futbola olan həvəsimi bir yolla göstərmək istəyirdim. O vaxt AFFA-da hakimlər üçün elan verilmişdi.
“Neftçi”bazaya gedib hakim olmaq istədiyimi dedim, kurslara yazıldım. Elçin Məmmədov və Ceyhun Haşımov bizə dərslər keçirdi.
Onlar bizə heç hakimlikdə ağlıma gətirmədiyim şeylərə kimi izah edirdi. Məsələn, top havada olarkən partlayıb, qapıdan keçərsə, qolun qeydə alınıb-alınmayacağı ilə bağlı məsələlər.
Mən uşaqların liqalarında hakimlik etmişəm. Həm baş hakim, həm də laynsman olmuşam. Hakimlik etmək çox ağırdır. Uduzan komandaların valideynlərinin təzyiqi ilə üzləşirsən“.

