Baş məşqçisi ilə yolları ayırdı - Bundesliqa klubu

16 May 2021 18:20 Almaniya 883
Baş məşqçisi ilə yolları ayırdı - Bundesliqa klubu

"Verder" baş məşqçisi Florian Kofeldti istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

39 yaşlı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib. "Verder"i Bundelsiqanın son turunda "Borussiya" (Münhenqladbax) ilə matça komandanı 14 il çalışdırmış (1999-2013) Tomas Şaaf çıxaracaq.

Kofeldti 2017-ci ildən bu komandanı çalışdırırdı. "Verder" onun baş məşqçiliyi altında cari mövsüm 31 xal toplayıb və 16-cı pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!