Azərbaycan gimnastı Norveçdə bürünc medal qazandı

16 Yanvar 2018 10:24 Ağır atletika 447
Azərbaycan gimnastı Norveçdə bürünc medal qazandı

Norveçin paytaxtı Osloda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycanı gənc və böyüklərdən ibarət gimnastlar təmsil ediblər.

Gənclərdən Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lent ilə göstərərək, 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub.

Turnirdə yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina əldə edib. O, halqa ilə final çıxışında yalnız sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti