FHN: Alpinistlərin axtarışı davam edir

12 Yanvar 2018 23:00 Ağır atletika 498
FHN: Alpinistlərin axtarışı davam edir

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də davam edib.

Sportinfo.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, əməliyyatda FHN-in peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak ediblər.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır. Əlavə məlumat veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti