Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərdən son xəbər

30 Dekabr 2017 00:40 Ağır atletika 666
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərdən son xəbər

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Sportinfo.az alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahına istinadən bildirir ki, aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edib.

Bu gün axtarış işləri davam etdiriləcək. Əlavə məlumat veriləcək.​

Dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü - alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətinə yürüşə çıxıb və geri qayıtmayıblar, onlarla əlaqə kəsilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti