Azərbaycan klubunun 3 üzvü dağda yoxa çıxdı - FOTOLAR

27 Dekabr 2017 11:48 Ağır atletika 623
Azərbaycan klubunun 3 üzvü dağda yoxa çıxdı - FOTOLAR

"Gilavar" klubunun üzvü olan 3 alpinist yoxa çıxıb.

Klubun yaydığı məlumata görə, alpinisttlər Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən, əlaqə kəsilib.

Sportinfo.az xəbər verir ki, DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb.

Yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədi.

Onlar ötən həftənin 6-cı günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı imişlər. Lakin onlarla əlaqə kəsilib.

Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır. Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti