Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının baş məşqçisi postunda dəyişiklik edilib.
Azərbaycan Ağır Atletika Federasiyasının Mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, Tofiq Heydərov işlərinin çoxluğu səbəbindən istefa verib.
Onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib. T.Heydərov fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.

