Barda iki şəxsin hücumuna məruz qaldı, başından güllələndi

9 Dekabr 2017 09:13 Ağır atletika 504
Barda iki şəxsin hücumuna məruz qaldı, başından güllələndi

Kolumbiyada idmançılara qarşı daha bir ağır cinayət törədilib.

Sportinfo.az xəbər verir ki, ağır atlet Edvin Moskera öldürülüb. Moskera barda olarkən iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb.

Cinayətkarlar ona atəş açıblar. Güllələrdən biri idmançının başına dəyib. Hakimiyyət cinayətkarların tapılması üçün mükafat vəd edib.

Moskera Panamerika oyunlarında gümüş medal qazanmışdı. O, Rio Olimpiadasının da iştirakçısı olmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti