Azərbaycanın əməkdar idman xadimi vəfat etdi

27 Noyabr 2017 17:48 Ağır atletika 821
Azərbaycanın əməkdar idman xadimi vəfat etdi

Azərbaycanın əməkdar idman xadimi Arif Qafarov vəfat edib.

Sportinfo.az xəbər verir ki, o, 69 yaşında dünyasını dəyişib.

A.Qafarov 1989-2013-cü illərdə Bakı Gimnastika Məktəbinin direktoru vəzifəsində çalışıb. Həmçinin 2002, 2006 və 2010-cu illərdə Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinə üzv seçilib.

O, bir məşqçi kimi Azərbaycanda akrobatika ənənələrinin formalaşmasında böyük rol oynayıb. A.Qafarov əməkdar idman ustası, əməkdar məşqçi və əməkdar idman xadimi adlarına layiq görülüb. Azərbaycan Gimnastika Federasiyası 2015-ci ildə onu qızıl medalla təltif edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti