"Prezidentlə danışdım, inanmadılar"

11 Noyabr 2017 20:48 Ağır atletika 652
"Prezidentlə danışdım, inanmadılar"

2017-ci il Dünya Atletika Çempionatında 200 metr məsafəyə qaçışda birinci yerə çıxan Türkiyə millisinin azərbaycanlı üzvü Ramil Quliyev yarışa məşhur idmançı Usain Bolt da qatılsaydı belə onu geridə qoyacağını bildirib.

Sportinfo.az xəbər verir ki, R.Quliyevin əsas məqsədi olimpia çempionu almaqdı: "Hazırda əsas hədəfim olimpia çempionluğudu".

Atlet bildirib ki, yarışdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın ona zəng etməsi digər idmançılar tərəfindən təəcüblə qarşılanıb:

"Həmkarlarım kimlə danışdığımı soruşdular. Dedim prezident Ərdoğandır. Çox təəccübləndilər. "Sizdə idman bu qədər sevilirmi? Bizdə belə şeylər olmur" söylədilər. İdmançıya ruh, motivasiya verən arxasındakı gücdür".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti