Quliyev: “Atatürk oyandı" desələr, İstanbuldan Ankaraya bir saata qaçaram”

10 Noyabr 2017 18:00 Ağır atletika 568
Quliyev: “Atatürk oyandı" desələr, İstanbuldan Ankaraya bir saata qaçaram”

Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyev Mustafa Kamal Atatürkün vəfatının 79-cu il dönümü ilə əlaqədar paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı sprinter 10 noyabrda dünyasını dəyişən Türkiyə Cumhuriyyətinin qurucusuna “Twitter” hesabı vasitəsi ilə ehtiramını göstərib.

“Atatürk oyandı desələr, İstanbuldan Ankaraya bir saata qaçaram”, - deyə R.Quliyev yazıb.

Ramil Quliyev bu il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb. O, həmin çempionluqdan sonra “Twitter”də “Mən türkəm, Atatürkün övladıyam” yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti