Qazandığını geri verməlidi

9 Noyabr 2017 12:48 Ağır atletika 504
Qazandığını geri verməlidi

Beynəlxalq Kanoe Federasiyası (ICF) ukraynalı kayakçı İqor Trunovu cəzalandırıb.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı idmançı 4 il müddətinə diskvalifikasiya olunub.

Səbəb bu ilin mayında Portuqaliyada keçirilmiş Dünya Kubokunda Trunovdan götürülmüş dopinq-testin müsbət nəticə verməsidir. Onun qanında yüksək miqdarda testosteron maddəsi aşkarlanıb.

Beləliklə, Trunov və komanda yoldaşları 500 metr məsafəyə 2 və 4 nəfərlə yarışda əldə edilən qızıl medalları geri verməlidirlər. Həmçinin o, 200 metr məsafəyə yarışda qazandığı gümüş medaldan məhrum edilib.

İqor Trunov 2017-ci il Avropa çempionatının bürünc mükafatçısıdır. O, 2013-cü ildə Rusiyanın Kazan şəhərində təşkil olunmuş Yay Unversiadasında gümüş medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti