Azərbaycan 1 il müddətinə bütün yarışlardan kənarlaşdırıldı

22 Oktyabr 2017 00:08 Ağır atletika 730
Azərbaycan 1 il müddətinə bütün yarışlardan kənarlaşdırıldı

Azərbaycan Ağır Atletika Federasiyasının bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qüvvəyə minib.

Sportinfo.az xəbər verir ki, Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında bildirilir ki, qurum bununla bağlı cəzaya məruz qalan 9 ölkənin milli federasiyalarını məlumatlandırıb.

IWF-in prezidenti Tamaş Ayan məsələ ilə əlaqədar bildirib ki, problemin həlli üçün cəzaya məruz qalan ölkələrdə idman sahəsində dəyişiklik olmalıdır. Onun sözlərinə görə, artıq vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görülür:

“Bu ölkələrin əksəriyyətində yerli federasiya rəhbərliyində dəyişikliklər baş verib. Artıq vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görülür. Əlbəttə, biz bunu alqışlayırıq. Bu dəyişikliklər təmiz idmanın tələblərinə uyğun olacaq.

Həmin ölkələrdə dopinqlə mübarizə gücləndiriləcək. IWF onların bu istiqamətdə düzgün iş aparmalarına əmin olmaq üçün lazım olan hər şeyi edəcək ki, yenidən sıralarımızda öz yerlərini tutsunlar”.

Məlumata görə, IWF müstəqil nəzarət qrupu yaraışlardan kənarlaşdırılan federasiyaların bütün dövr ərzində vəziyyətini qiymətləndirəcək. Bu qrup federasiyaların IWF-in təşkil etdiyi yarışlarda qismən iştirakı haqqında qərar qəbul edə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti