Azərbaycanın cütlüyü Avropa çempionatında medal qazandı

20 Oktyabr 2017 19:24 Ağır atletika 433
Azərbaycanın cütlüyü Avropa çempionatında medal qazandı

Polşanın Jeşuv şəhərində start götürən Avropa çempionatında Azərbaycanın akrobatika millisi ilk medalını qazanıb.

Sportinfo.az xəbər verir ki, Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük “yunior” komandalar arasında balans proqramı üzrə finala vəsiqə qazanıblar.

Həlledici mərhələdə yalnız bir cütlüyün iştirakı mümkün olduğundan, bu vəzifəni Rəhimov - Cabbarlı dueti icra edib. Onlar 27.900 xalla bürünc medala sahib olublar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti