Sadıq Sadıqovun qohumu klubun rəhbəri vəzifəsindən uzaqlaşdırıldı

21 Avqust 09:40 II Divizion 1 411
Sadıq Sadıqovun qohumu klubun rəhbəri vəzifəsindən uzaqlaşdırıldı

II Liqada mübarizə aparan “Qaradağ Lökbatan”ın rəhbəri vəzifəsində ayrılıq baş verib.

Bəbir Məmmədov postunu itirib.

O, klubun himayədarlarının istəyi ilə buradan uzaqlaşdırılıb.

B.Məmmədov 4 il idi ki, qəsəbə təmsilçisində fəaliyyət göstərirdi. Sözügedən vəzifədə Tahir Mustafayevi əvəzləyən funksioner bundan sonra başqa sahədə çalışacaq.

Bəbir Məmmədov “Neftçi“ İdman Klubunun İdarə Heyətinin sədrinin mərhum müşaviri Sadıq Sadıqovun yaxın qohumudur. Beş il “Neftçi“PFK-nın prezidenti olmuş şəxs 2 ay öncə intihar edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti