COP29

Kapitan "qayçı"nı işə saldı, o qədər qol epizodu boşa qaçırıldı ki… VİDEO

24 Aprel 18:00 II Divizion 1 021
Kapitan "qayçı"nı işə saldı, o qədər qol epizodu boşa qaçırıldı ki… VİDEO

Azərbaycan II Liqasında XXII turun görüşləri keçirilib.

"Qusar" Sumqayıtda "Şəfa"nı qəbul edib.

Oyun nə oyun! İzlə və gül! Açıq oyun, xeyli qol epizodu və cəmi 4 dəqiq zərbə - inanmaq çətindir. Amma nə edəsən, bu, belədir. Qapılar önündə bir-birini əvəzləyən təhlükəli epizodları oturub saymağa qalsa, biz gərək burada bir xeyli qeydlər edək.

İstər «Qusar», istər «Şəfa»nın qaçırdığı fraqmentlər müzakir mövzusu ola bilər. Sanki tərəflər meydana 1 xal üçün çıxmışdı, qalib gəlmək istəkləri öləzimişdi.

Kamran Əlibabayevin başında əyləşdiyi komandadan Vüqar Əşrəflini çıxaq. Qalanları boşa verdikləri fürsətlərdən dolayı, yəqin ki, utanar.

Şimal təmsilçisinin qapıçısı Əli Həsənlinin 21-ci dəqiqədə etdiyi səhvin heç bir bəraəti olmamalıdır. Bəxti onda gətirdi ki, topu özündən irəli buraxdığı anda rəqib hücumçu zərbəyə gecikdi və «yuvarlaq meşin» elə Əlinin sinəsinə dəyib istiqamətini dəyişdi.

«Şəfa»dan isə Əli Əliyev xatırlanacaq. Kapitan əla «qayçı» zərbəsiylə «Qusar»ın qapısına yol tapdı.

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatdı.

Xallarını 42-yə yüksəldən "Qusar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 14 xalı olan "Şəfa" isə 12-ci yerdədir.

SPORTİNFO.AZ

“Kapital Bank Arena” (ehtiyat meydança). 35 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Taleh Məmmədov, Qəzənfər Məmmədov
Dördüncü hakim: Maqsud Şamıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Viqar Əlibabayev, 63 (qeyri-idman hərəkəti) // Mehman İbadov, 42 (qeyri-idman hərəkəti); Əhməd Babayev, 49 (qeyri-idman hərəkəti); Nicat Abbasov, 73 (oyunun bərpasının ləngidilməsi); Fuad Cahangirli, 76 (qeyri-idman hərəkəti)
Qollar: Vüqar Əşrəfli, 8; 76 // Əli Əliyev, 55; Rəhim Nağıyev, 87
Qolla nəticələnməyən penalti: Sərxan Ağayev, 47
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

Qusar”

1. Əli Həsənli
11. Sərxan Ağayev (k)
4. İlqar Hüseynov
(37. Əsgər Hümbətov, 67)
7. Nicat Muxtarov
(3. Firdovsi Kazımov, 70)
8. Orxan Qurbanlı
(18. İlham Yarəliyev, 88)
38. Vüqar Əşrəfli
17. Osman Osmanov
13. Viqar Əlibabayev
5. Elnur Dəmirli
6. Kazbək Qafarov
88. Murad Hüseynov
Ehtiyat oyunçular:
22. İmran Məhərrəmov
14. Emil Məmmədov
57. Eşqin Tağıyev
26. Mirmehdi Rzayev
Baş məşqçi: Emin Əmiraslanov

“Şəfa”

22. Uğur İbrahimov
3. Mehman İbadov
(9. Murad Mehdiyev, 84)
23. Nicat Abbasov
99. Əli Əliyev (k)
(17. Rəhim Nağıyev, 73)
10. İlkin Mikayılov
30. Emil Məmmədov
8. Fərid İslamzadə
4. Loğman Əliyev
66. Fuad Cahangirli
11. Cavanşir Tahirov
(20. Elşən Mirzəzadə, 84)
2. Əhməd Babayev
(5. Emin Məhərrəmli, 84)
Ehtiyat oyunçular:
1. Fərrux Əzizov
Baş məşqçi: Elşad Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti