PFL bu klubu Azərbaycan çempionatından kənarlaşdırdı

29 May 2024 19:29 I Divizion 1 976
PFL bu klubu Azərbaycan çempionatından kənarlaşdırdı

"İrəvan” AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm I Liqada iştirak üçün lisenziya əldə edə bilməyib.

Sportinfo.az xəbər verir ki, bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və I Liqanın 2023/2024 mövsümünün Əsasnaməsini rəhbər tutaraq "İrəvan"ı I Liqadan kənarlaşdırıb.

Nəticədə cari mövsüm I Liqada sonuncu yeri tutan “Araz Saatlı” qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci olan “Cəbrayıl” ilə pley-off matçlarında qarşılaşacaq.

"İrəvan" kollektivi 10 gün müddətində verilən qərarla bağlı apellyasiya məhkəməsinə müraciət edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş