Qubada xeyir tapanlar

15 Fevral 2020 23:30 Voleybol 685
Qubada xeyir tapanlar

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha iki qarşılaşma oynanılıb.

Sportinfo.az xəbər verir ki, oyunlar mövsümdə ilk dəfə əyalətdə təşkil olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İdman-Sağlamlıq Mərkəzində baş tutan I dövrənin görüşündə ilk olaraq UNEC və “Azərreyl” münasibətinə aydınlıq gətirib.

Görüşdə ilk seti “dəmiryolçular” qazanıblar. Onlar rəqibini 25:22 hesabı ilə məğlub ediblər. İkinci hissəni 25:16 hesabı ilə aktivinə yazan “Azərreyl” üçüncü setdə daha asan qalib gəlib – 25:14.

Bu matçdan fərqli, “Murov” - “Abşeron” oyununda 4 set oynanılıb. Eldar Yusubovun yetirmələri 25:18, 26:24 hesabı ilə qələbə qazandıqdan sonra “Murov” fərqi azaldıb – 25:23. Lakin dördüncü hissədə “Abşeron” 25:19 hesabı ilə qalib gəlməklə, oyunun hesabını müəyyənləşdirib – 3:1.

Bu oyunlardan sonra 3 oyuna 9 xal toplayan “Azərreyl” yenə turnir cədvəlində birincidir. Onlardan bir oyun çox keçirən “Abşeron” da eyni xala malikdir. “Murov”un üçüncü olduğu cədvəldə UNEC sonuncudur (0 xal).

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”