"Neftçi" finala vəsiqə uğrunda mübarizə aparacaq

05:00 Voleybol 104
"Neftçi" finala vəsiqə uğrunda mübarizə aparacaq

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə aprelin 7-də start veriləcək.

Sportinfo.az xəbər verir ki, finala vəsiqə uğrunda "Murov Az Terminal", "Xilasedici", "Ordu" və "Neftçi" komandaları mübarizə aparacaqlar.

Aprelin 7-də, saat 16:00-da "Murov Az Terminal" "Xilasedici" ilə qarşılşacaq. Saat 18:00-da isə "Ordu" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar arasında ikinci görüşlər isə aprelin 14-də baş tutacaq.

Yarımfinalın bütün matçları Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında təşkil olunacaq.

Reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq.

İki oyunun nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti